“Ebola” üzrə tədqiqat qrupuna hücum nəticəsində üçü jurnalist olmaqla, 8 nəfər ölüb

“Ebola” üzrə tədqiqat qrupuna hücum nəticəsində üçü jurnalist olmaqla, 8 nəfər ölüb
# 19 sentyabr 2014 01:41 (UTC +04:00)

Bakı-APA. Qvineyada “Ebola” xəstəliyi üzrə tədqiqat qrupuna hücum nəticəsində üçü jurnalist olmaqla, 8 nəfər ölüb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə hökumətin mətbuat-katibi bildirib.

Məlumata görə, tədqiqat qrupu ölkənin ucqar rayonlarında yerli əhaliyə “Ebola” xəstəliyinə yoluxmanın təhlükəsini izah edirmiş. “8 nəfərin meyiti kəndin ayaqyolunda aşkarlanıb. Onlardan 3-nün başı kəsilmiş olub”, deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR