Mənsum İbrahimov Türkiyədə konsert proqramı ilə çıxış edib

Mənsum İbrahimov Türkiyədə konsert proqramı ilə çıxış edib
# 08 dekabr 2014 16:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq artisti Mənsum İbrahimov Türkiyənin Orta Doğu Texnik Universitetində “Azərbaycan xalq musiqisi” adlı konsert proqramı ilə çıxış edib.

APA-nın məlumatına görə, konsert universitetdə təhsil alan Azərbaycan Tələbə Birliyi tərəfindən təşkil edilib.

Səhnədə M. İbrahimovla bir yerdə tələbəsi Vüsalə Rəcəbova da çıxış edib.

Konsertdə xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada isə Siyavuş Kərimov müşayiət ediblər.


Xalq və bəstəkar mahnılarının səsləndiyi konsertdə musiqiçilərə fəxri fərmanlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR