Azərbaycanda torpaq sürüşmələri ilə bağlı tədqiqatlar aparılıb

Azərbaycanda torpaq sürüşmələri ilə bağlı tədqiqatlar aparılıb
# 22 iyul 2014 16:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Eroziya və Suvarma İnstitutunun (ESİ) əməkdaşları və polşalı mütəxəssislər “Böyük Qafqazın Cənub-Şərq yamacında torpaq sürüşmələrinin monitorinqi və qabaqlayıcı tədbirlərin proqnozlaşdırılması” mövzusunda tədqiqatlar aparıb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu layihə 2013-cü ilin may ayında AMEA ESİ və Polşanın Texnoloji və Təbiətdən İstifadə İnstitutu arasında imzalanıb.

Tədqiqatlar bölgənin üç dağətəyi rayonunda (Şamaxı, Ağsu və İsmayıllı) on gün müddətində aparılıb. Ərazi üzrə torpaq sürüşmələri mövcud olan ərazilərə baxış keçirilib, həmin ərazilərin coğrafi koordinatları dəqiqləşdirib və sahədə xəritə üzərinə köçürülməsi həyata keçirilib. Müşahidə apararkən bəzi ərazilərdə torpaq sürüşmələrinin dinamikasını müəyyən etmək məqsədilə xüsusi modelləşdirmə proqramlarından istifadə edilib.

Qeyd edək ki, 2014-cü ilin sonunadək adı çəkilən ərazilərin torpaq sürüşmələrinin potensial təhlükəlilik elektron xəritəsinin işlənib hazırlanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR