Azərbaycan əhalisinin orta aylıq gəlirləri açıqlanıb

Azərbaycan əhalisinin orta aylıq gəlirləri açıqlanıb
# 15 noyabr 2014 08:59 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 3 229,5 manat və ya orta hesabla ayda 322,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 30,4 mlrd. manatlıq gəlirin 70,0%-i son istehlak xərclərinə, 9,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,2%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,6 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 6% çox vəsait qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR