Kerri ilə Lavrov İranın nüvə proqramını müzakirə ediblər

Kerri ilə Lavrov İranın nüvə proqramını müzakirə ediblər
# 27 mart 2015 22:45 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi saytında bildirilir.

“Tərəflər İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması üzrə hərtərəfli sazişin hazırlanması barədə beynəlxalq danışıqların gedişini müzakirə ediblər. Həmçinin tərəflər prosesin bir çox aspektlərində Rusiya və ABŞ-ın mövqelərinin yaxınlığını təsdiq ediblər. Yekunda martın 29-da İsveçrənin Lozanna şəhərində nazirlər səviyyəsində İranla “altılıq” ölkələri arasında görüşün mümkünlüyünə dair razılığa gəlinib”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR