Fərəc Kərimlinin şikayəti təmin edilməyib

 Fərəc Kərimlinin şikayəti təmin edilməyib
# 14 iyul 2015 12:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Qeyd edək ki, F. Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Kərimli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR