Bakıda rəsmi sənədləri saxtalaşdıran şəxslər tutulub

Bakıda rəsmi sənədləri saxtalaşdıran şəxslər tutulub
# 14 avqust 2009 12:49 (UTC +04:00)
Bakı-APA. Bakı şəhər sakinləri sənədləri saxtalaşdırdıqlarına görə tutulublar. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Bakı şəhər sakinləri "Access" Bankın sabiq işçisi Ceyhun Bağırov, Anar Abdullayev və Tofiq Əliyev bankdan kredit götürmək məqsədi ilə Bakıxanov qəsəbəsində kirayə yaşayan Masallı rayon sakini Rəmiş Mirzəyevdən 1000 manat pul alıb, onun kirayədə qaldığı evin şəhadətnaməsini və ona məxsus avtomaşına dair texniki pasportu saxtalaşdırıblar. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adı çəkilən şəxslər saxlanılıblar. T. Əliyevin evinə baxış zamanı saxta sənədlər hazırlamaq üçün nəzərdə tutulan 1 ədəd skaner, 1 ədəd prosessor, ayrı-ayrı nazirliklərin, notariat kontorlarının və digər təşkilatların sənədlərinin, diplomların, möhürlərin, blankların, ştampların nümunələri aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR