İran ABŞ-ın Apaçi helikopterlərini dəf edə bilən raketi sınaqdan keçirib

İran ABŞ-ın Apaçi helikopterlərini dəf edə bilən raketi sınaqdan keçirib
# 03 fevral 2010 00:14 (UTC +04:00)
Bakı – APA. İran ABŞ-ın hərbi Apaçi helikopterlərini məhv edə bilən raketləri uğurlu sınaqdan keçirib. APA-nın İranın FARS agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə İran silahlı qüvvələrinin polkovniki Nasir Ərəb-Beygi bəyan edib.

«Düşmənlərimiz İraq və Əfqanıstanda hərbi Apaçi helikopterlərinin keçirdiyi uğurlu əməliyyatlara arxalanıb fikirləşməsinlər ki, öz hərbi güclərini İrana qarşı da istifadə edə bilərlər. Xeyr. Biz öz yeni raketlərimizlə «Apaçi»lərə layiqincə cavab verə bilərik», deyə polkovnik Ərəb-Beygi vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR