Zərdabda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Zərdabda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 14 aprel 2010 17:05 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə “Dörd yol” adlanan ərazidə qeydə alınıb. Bu gün saat 17.00 radələrində Zərdab rayon sakini, 1988-ci il təvəllüdlü Şirinov Bəxtiyar Nazim oğlunun idarə etdiyi 63 BB 338 nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə, Zərdab sakini 1964-cü il təvəllüdlü Niftəliyev Mərdan Abdul oğlunun idarə etdiyi “QAZ-24” markalı, 10 HL 279 markalı maşın toqquşub. Hər iki sürücü və “VAZ 2107”-nin sərnişinləri - Zərdab sakinləri 1991-ci il təvəllüdlü Əliyev Kamil Xanoğlan oğlu, 1988-ci il təvəllüdlü Əsədov Elnur Qoşun oğlu ağır bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon Xəstəxanana yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zərdab Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR