Gürcüstanda «SOCAR» yanacaqdoldurma məntəqələrinin sayı 50-ə çatdırılıb

Gürcüstanda «SOCAR» yanacaqdoldurma məntəqələrinin sayı 50-ə çatdırılıb
# 14 oktyabr 2010 07:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda «SOCAR» brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Gürcüstanın Kaxetiya regionunun Kvareli şəhərində «SOCAR» brendli daha 1 yanacaqdoldurma məntəqəsi açılıb.

Bununla da Gürcüstan ərazisində «SOCAR» brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin ümumi sayı 50-ə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR