Quba rayonunun Güləzi kəndi köçürülür

Quba rayonunun Güləzi kəndi köçürülür
# 18 oktyabr 2010 10:48 (UTC +04:00)
APA-nın şimal bürosunun xəbərinə görə, kənddə 7 ev uçub, 100-dən artıq ev isə qəzalı vəziyyətə düşüb. Kənddə torpaq sürüşməsi ardıcıl olaraq davam edib, digər evlər də təhlükəli vəziyyətlə üzləşib. Yaranmış vəziyyətlə əlaqədar rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Bu müraciət əsasında “Azərinşaat” Layihə İnstitutu Güləzi kəndinin köçürülməsi barədə rəy verib. Bununla əlaqədar olaraq institutun əməkdaşları rayona ezam olunublar. Qərara alınıb ki, yaxın vaxtlarda Quba rayonunun Güləzi kəndi rayonun Aşağı Atuc kəndinə köçürülsün.
Rayon İcra Hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Fövqəladə Hallar Komissiyasının üzvü Əsəd Babayev APA-nın şimal bürosuna bildirib ki, hazırda kəndin köçürülməsi ilə əlaqədar hazırlıq işləri görülür. Yaxın vaxtlarda 189 evi olan Güləzi kəndinin əhalisi Aşağı Atuc kəndinə köçürüləcək.

Bu gün, həmçinin rayon ərazisində qəzalı və yararsız evləri olan 57 ailəyə rayon İcra Hakimiyyəti tərəfindən tikinti materialları paylanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR