Moskvada Fikrət Əmirovun “Min bir gecə” balet-tamaşasının premyerası keçiriləcək

Moskvada Fikrət Əmirovun “Min bir gecə” balet-tamaşasının premyerası keçiriləcək
# 19 oktyabr 2010 11:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 25-də Kreml Sarayının səhnəsində Kreml Balet Teatrının hazırladığı Fikrət Əmirovun “Min bir gecə” balet-tamaşasının premyerası keçiriləcək. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, əsərin quruluşçu rəssamı Tahir Salahov, kostyumlar üzrə rəssamı Olqa Polyanskayadır. Balet-tamaşada ifaçıları Sergey Raxmaninov adına Simfonik Orkestri müşayiət edəcək. Tamaşanın əsas rollarında - Şəhrizad obrazında Aleksandra Timofeyeva, Şəhriyar obrazında Mixail Yevqenov, Nuridə obrazında isə Aliyə Xasenova və digərləri çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR