Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri martda bahalaşıb

Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri martda bahalaşıb
# 13 aprel 2011 12:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,4% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8%, arpanın 0,1%, kələmin 3,4%, balqabağın 21,2%, cəfərinin 0,3%, baş soğanın 0,8%, göy soğanın 1,7%, kartofun 1,2%, quru otun 1,4%, yonca toxumunun istehsalçı qiymətləri 14,1% bahalaşıb.

«Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 1,8%, almanın 11,2%, armudun 0,4%, şabalıdın 2,4%, fındığın 5%, qozun 6,3%, ağac və kol tinglərinin istehsalçı qiymətləri 0,3% bahalaşıb, nanə yarpaqlarının istehsalçı qiymətləri isə 10,4% ucuzlaşıb», - deyə Komitədən bildirilib.

Eyni zamanda, mart ayında diri heyvanlar və heyvandarlıq məhsullarından iribuynuzlu mal-qaranın istehsalçı qiymətləri 1,3%, inək südünün 2%, camış südünün 0,5%, diri ev quşlarının qiymətləri 10,9% bahalaşıb, diri qoyun və keçilərin 1,6%, yumurtanın qiymətləri isə 0,5% ucuzlaşıb.

«Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 1,4% bahalaşma müşahidə olunub», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR