Bakıda adam bıçaqlayan yeniyetmə tutulub

Bakıda adam bıçaqlayan yeniyetmə tutulub
# 28 sentyabr 2015 08:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda adam bıçaqlamaqda təqsirləndirilən yeniyetmə tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 24-də Qara Qarayev prospektində Bakı şəhər sakini Faiq Tahirova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuri Mits tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR