Rio-2016: IV gün üçün Azərbaycan idmançılarının təqvimi

<span style="color: red;">Rio-2016:   IV gün üçün Azərbaycan idmançılarının təqvimi
# 08 avqust 2016 05:04 (UTC +04:00)

Bakı-APA. Rio Olimpiadasının IV günü Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulacaq.


Apasport.az saytının məlumatına görə, bu gün Olimpiya oyunlarında debüt edəcək idmançılarımızdan ikisi medallar uğrunda mübarizə aparacaqsa, biri ilk görüşünü keçirəcək.

Belə ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov və qılıncoynatmanın sablya növü üzrə ölkəmizi təmsil edəcək Səbinə Mikinanın taleyinə bu gün aydınlıq gələcək.

Hər iki idmançımız yarışa 1/16 final mərhələsindən start verəcəklər.

Digər təmsilçimiz, 91 kq çəki dərəcəsində çıxış edəcək Abdulqadir Abdullayev isə ilk görüşünü keçirəcək. Dəri əlcək ustamız yarışa 1/8 final mərhələsindən start verəcək.

Qılıncoynatma

1/16 final

Səbinə Mikina (sablya) – saat 17:20

Cüdo

1/16 final

Rüstəm Orucov (73 kq) – saat 17:30

Boks

1/8 final

Abdulqadir Abdullayev (91 kq) – saat 20:45

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR