Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb

Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb
# 09 iyun 2015 09:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1% bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2% ucuzlaşıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,4% bahalaşıb, digər xarici ölkələr üzrə 8,7% ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 2,7% ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,3% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3% bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR