Dow Jones indeksi 2,9%, S&P 500 3,0%, Nasdaq 3,2% yüksəlib

Dow Jones indeksi 2,9%, S&P 500 3,0%, Nasdaq 3,2% yüksəlib
# 21 dekabr 2011 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 2,9% - 12 104 bəndədək, S&P 500 3,0% - 1 241 bəndədək, Nasdaq 3,2% - 2 604 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə makroiqtisadi xəbərlər təsir edib. Belə ki, noyabr ayında yeni evlərin tikintisində aylıq müqayisədə 9,3%-lik artım müşahidə olunub ki, tikilən evlərin sayı 685 minə çatıb və bu, 16 aylıq maksimumdur.

Avropa fond bazarlarında dekabrın 20-də FTSE 100 indeksi 1,0% - 5 420 bəndədək, Almaniya DAX-ı 3,1% - 5 847 bəndədək, Fransa CAC-40-ı isə 2,7% - 3 055 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% artaraq 1 626,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3103 (+0,8%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR