Bakıda 800-dən çox ibtidai sinif müəllimi imtahan verir

Bakıda 800-dən çox ibtidai sinif müəllimi imtahan verir
# 16 noyabr 2016 09:07 (UTC +04:00)

Bu gün məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib.

APA-nın xəbərinə görə, Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun qiymətləndirmə şöbəsinin müdiri Namiq Nağıyev bildirib ki, imtahan Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə isə 18 nömrəli tam orta məktəbdə keçirilir: “Bu ildən Bakının məktəblərindəki 836 məktəbəhazırlıq qruplarında dərslər keçirilir. Bu gün onların yekun qiymətləndirmə və sertifikatlaşdırması aparılır. Bu gün 800-dən artıq müəllim imtahanlara cəlb olunub. İmtahanların nəticəsində hər bir müəllim topladığı bala müvafiq olaraq sertifikatla təmin olacaq və qruplardakı məşğələlərini davam etdirəcək. Onların fərqləndirilməsi və yaxud əlavə tədbirlərə cəlb edilməsi gələcək planlarda nəzərə alınacaq və bu barədə müvafiq qərar veriləcək".

Qeyd edək ki, imtahan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR