Özbəkistan səfirinin müavini: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq” - FOTOSESSİYA

Özbəkistan səfirinin müavini: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq” - <span style="color: red;">FOTOSESSİYA
# 04 avqust 2015 08:51 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, tədbirdə Özbəkistanın Bakıdakı səfirinin müavini Cahangir Əmirov, konsul Həsən Ömərov, politoloq İlqar Vəlizadə və media nümayəndələri iştirak edib.

Tədbiri girişi sözü ilə açan C. Əmirov Özbəkistan prezidenti İslam Kərimovun sözlərini tədbir iştirakçılarına çatdırıb. O, Özbəkistanın müstəqillik qazandıqdan bu yana keçdiyi yoldan danışıb. Ölkəsinin ötən 24 il ərzində keçdiyi uğurlu inkişaf yolundan, illər ərzində genişmiqyaslı islahatlar nəticəsində nail olunmuş davamlı inkişafdan danışıb.

Diplomat həmçinin ölkənin avtomobil sənayesində və kənd təsərrüfatında əldə olunan uğurlardan söz açıb: “Ölkə demək olar ki, kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb, daxili tələbatını yerli istehsal hesabına ödəyir. Sosial islahatlar nəticəsində yaşayış səviyyəsi yüksəlib. Ölkədə həmçinin təhsil, səhiyyə, iqtisadiyyat sahəsində uğurlu islahatlar aparılır. Ölkə büdcəsinin 20 faizi təhsilə, 34 faizi səhiyyənin inkişafına yönəlib. Yaşlı insanların sosial təminatı istiqamətində müsbət addımlar atılır. Onların təyyarə vasitəsilə pulsuz səyahət etməsinə imkan yaradılır. Ölkədə yaşlı insanların sosial müdafiəsi üçün 300 milyon dollar məbləğində vəsait ayrılıb”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir müavini ölkəsinin münaqişənin sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu qeyd edib.

Konsul H. Ömərov isə ölkədə narkomaniya əleyhinə aparılan mübarizədən danışıb.

Öz növbəsində politoloq İ. Vəlizadə Azərbaycan-Özbəkistan dostluq münasibətlərindən, Özbəkistanın beynəlxalq arenadakı mühüm mövqeyindən danışıb. “Azərbaycan və Özbəkistanın bir çox sahələrdə yüksək səviyyəli əlaqələri var. İki ölkə arasında ticarət dövriyyəsi artan sürətlə inkişaf edir. İkitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminəm”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR