QAT “Qarabağ debatları: hərb və sülh yolu?” mövzusunda ikinci debat keçirib

QAT “Qarabağ debatları: hərb və sülh yolu?” mövzusunda ikinci debat keçirib
# 21 noyabr 2012 11:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) “Qarabağ debatları: hərb və sülh yolu?” mövzusunda ikinci debat keçirib. APA-nın məlumatına görə, tədbir münaqişənin həllində daxili amillərin roluna həsr olunub. Debatlarda bir tərəfdən Qarabağ münaqişəsinin hərbi yolla, digər tərəfdən isə münaqişənin dinc vasitələrlə, sülh yolu ilə həllinə tərəfdar olan ekspertlər, QHT nümayəndələri və politoloqlar iştirak ediblər.

QAT sədri Akif Nağı çıxışında münaqişənin hərbi yolla həllinin tərəfdarı olduğunu bildirib. O deyib ki, Azərbaycanın daxili potensialı müharibənin başlamasına imkan verir: “Yəni Azərbaycanın insan resursları, maliyyə imkanları, ordusunun vəziyyəti, cəmiyyətin əhval-ruhiyyəsi onun müharibəyə başlayıb torpaqlarını azad etməsinə imkan verir”.

Politoloq Zərdüşt Əlizadə isə çıxışında münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. O, danışıqlar apararaq qan tökülmədən münaqişənin həlli variantını mümkün sayıb.

Tədbirdə digər çıxışlar da dinlənilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR