“Eurovision” müsabiqəsinin qalibi Eldar Qasımov: “Mən insanların ürəyinə yol tapan və həyatın reallıqlarından bəhs edən mahnıları ifa etməyə üstünlük verirəm”

“Eurovision” müsabiqəsinin qalibi Eldar Qasımov: “Mən insanların ürəyinə yol tapan və həyatın reallıqlarından bəhs edən mahnıları ifa etməyə üstünlük verirəm”
# 31 yanvar 2012 15:03 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Yeni mahnım bir qayıdışdır. Dostlarımın yanına qayıdıram. Bu mahnıda həm pərəstişkarlarımdan, həm özümdən, həm də artıq ömrümüzün ayrılmaz bir hissəsinə çevrilən, əziyyətli, əsəbi və eyni zamanda ləzzətli ildən bəhs olunur! Lirik mahnılar auditoriya və dinləyicilərə ruhumu və ürəyimi göstərir. Mən insanların ürəyinə birbaşa yol tapan, mənası hər kəsə tanış olan və həyatın reallıqlarından bəhs edən mahnıları ifa etməyə üstünlük verirəm. Mən onları “Sevgi melodiyaları” adlandırıram. Bu cür mahnılar məni çox yaxşı xarakterizə edir”. Bu açıqlamanı APA-ya “Eurovision-2011” müsabiqəsinin qaliblərindən Eldar Qasımov verib.

İfa etdiyi yeni solo mahnının Azərbaycan dilində olduğunu və sevgidən bəhs etdiyini deyən Eldar Qasımov “Eurovision”dan dərhal sonra film təklifi aldığını xatırladıb. O yeni mahnıya klip çəkdirmək üçün bəzi müzakirələrin aparıldığını deyib: “Bizim videoklip ideyası, ssenari və konsepsiya barədə çoxlu müzakirələrimiz olub. İndiyə kimi danışıqlar aparılır və hələlik fikirləşirik. Şəxsən mən istərdim ki, yeni mahnıma qulaq asan insanlar fikirlərində öz şəxsi klipini, şəxsi obrazı və şəkli yaratsınlar. Çünki hər kəsin öz müstəqil fikri var. İstəmirəm ki, hamı bir nəfər kimi bu mahnıya mənim gözümlə baxsın. Hər insan öz beynində kliplər çəksin, sonra mənimlə ideyalarını paylaşsınlar. Siz mahnımı necə görürsünüz, bax, bu mənim üçün çox maraqlıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR