Bank Of Baku

Bu gün MİQ müsabiqəsində daha 4 fənn üzrə vakansiya seçimi başlayır

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 11 avqust 2021 10:51 (UTC +04:00)

2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsi bu gün saat 12:00-da başlayacaq.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, vakansiya seçimi Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə həyata keçiriləcək. Seçimlərdə müvafiq fənlər üzrə 30 və daha yüksək bal toplamış şəxslər iştirak edə bilərlər.

Namizədlər 14 avqust saat 11:59-dək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR