Bakı-APA. Samux rayonunda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Sərkar kəndində vətəndaşa məxsus ZİL markalı avtoçənin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.