Bakıda keçirilən İran kino həftəsi başa çatıb

Bakıda keçirilən İran kino həftəsi başa çatıb
# 18 may 2016 08:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakıda İran kino həftəsi "Nəqqaşlıq hovuzu" filmi ilə başa çatıb.

APA-nın məlumatına görə, kino həftəsi İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş keçirilib. Açılış mərasimi mayın 14-də Nizami Kino Mərkəzində keçirilən kino həftəsində ilk olaraq, “143-cü çuxur” filmi nümayiş etdirilib. Mayın 15-də “Bir dişləm qənd”, mayın 16-da “Bu gün”, mayın 17-də isə “Nəqqaşlıq hovuzu” filmləri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR