"Hyundai" gəlirlərini 11% azaldıb

"Hyundai" gəlirlərini 11% azaldıb
# 26 aprel 2016 11:12 (UTC +04:00)

Bakı - APA-Economics. Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor Co."-nun I rübdə gəlirləri 11% azalıb.

"APA-Economics" xəbər verir ki, buna səbəb Çində satışların azalmasıdır. Qeyd edək ki, Çin "Hyundai" üçün ən iri xarici bazardır.

Ötən ilin ilk rübündə 1,72 mlrd. dollar qazanan şirkət cari ilin analoji dövründə 1,54 mlrd. dollar gəlir əldə edə bilib.

Maraqlıdır ki, gəlirlərin azalma tendensiyası artıq iki rübdür davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR