Siyəzəndə 24 yaşlı oğlanı ilan sancıb

Siyəzəndə 24 yaşlı oğlanı ilan sancıb
# 26 may 2016 10:42 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Siyəzən rayonunda ilan sancma hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Kiçik Həmyə kənd sakini 1992-ci il təvəllüdlü Əliyev Ağabala Xanmiz oğlunu ot biçərkən ilan sancıb. O, dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra vəziyyəti ağır olduğu üçün Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR