“İŞİD” tərkibində döyüşməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

 “İŞİD” tərkibində döyüşməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 26 may 2016 10:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Rufan Ağcabəyovun və Martin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən R. Ağcabəyovun vəkili iştirak etməyib. Buna görə, hakim məhkəmə prosesini mayın 27-nə təxirə salıb.


Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar. Onlar Suriyada “İŞİD”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak etməkdə günahlandırılırlar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) və digər maddələrə əsasən ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR