G7 ölkələrinin təhsil nazirləri Yaponiyanın Kuraşiki şəhərində bir araya gəliblər

G7 ölkələrinin təhsil nazirləri Yaponiyanın Kuraşiki şəhərində bir araya gəliblər
# 15 may 2016 07:51 (UTC +04:00)

Bakı-APA. “Böyük Yeddiliy”in təhsil nazirləri mayın 14-də Yaponiyanın qərbində yerləşən Okayama prefekturasının Kuraşiki şəhərində ikigünlük görüşə toplaşıblar.

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, görüşə Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnika naziri Hiroşi Hase sədrlik edir.

Yapon nazir bildirib ki, özündə gələcəyə investisiyanı əks etdirən təhsil uzun əsrlər ərzində cəmiyyətin həyatında mühüm rol oynayıb.

İki gün davam edəcək görüş ərzində nazirlər beynəlxalq ictimaiyyətin yoxsulluq, gənclər arasında işsizlik, terrorizm və digər problemlər də daxil olmaqla qarşılaşdığı təhdidlərə qarşı mübarizədə təhsilin rolu ilə bağlı müzakirələr aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR