Türkiyə parlamenti yeni hökumətə etimad göstərib

Türkiyə parlamenti yeni hökumətə etimad göstərib
# 29 may 2016 11:04 (UTC +04:00)

Bakı-APA. Bu gün Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə qurulan 65-ci hökumətə etimadla bağlı səsvermə keçirilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, səsvermədə iştirak edən 453 deputatdan 315 deputat hökumətə etimad göstərib.

Beləliklə, Türkiyə parlamenti yeni hökumətə etimad göstərib.

Səsvermədən sonra çıxış edən baş nazir B. Yıldırım sabiq baş nazir Əhməd Davudoğluna xidmətləri ilə bağlı təşəkkür edib, demokratiyanın inkişaf etdiriləcəyini, terrora qarşı qətiyyətlə mübarizə aparılacağını və Türkiyəni Mustafa Kamal Atatürkün 2023-cü il hədəflərinə çatdıracağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR