Avrasiya İttifaqının rəsmisi: “Azərbaycanın quruma qəbul edilməməli olduğu barədə bəyanatlara ehtiyac yoxdur"

Avrasiya İttifaqının rəsmisi: “Azərbaycanın quruma qəbul edilməməli olduğu barədə bəyanatlara ehtiyac yoxdur"
# 18 may 2016 11:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qəbul edilməməsi ilə bağlı emosional bəyanatlar verməyə ehtiyac yoxdur”.

APA-nın xəbərinə görə, bunu Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat üzrə naziri Tatyana Valovaya rusiyalı məmurların Azərbaycanın quruma mümkün üzvlüyü ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

T. Valovaya bildirib ki, hər hansı ölkənin Avrasiya İqtisadi İttifaqına qəbulu konsensus əsasında keçirilir: “Ermənistanla Azərbaycan arasındakı münaqişə gec-tez həllini tapacaq və yeni imkanlar yarana bilər. İstənilən üzv ölkə normal iqtisadi-ticarət münasibətlərinin olduğu dövlətlə bağlı mövqeyini bildirə bilər. Lakin bu o demək deyil ki, kimsə bu və ya digər məsələ ilə bağlı digərinə təzyiq göstərə bilər”.

T. Valovaya həmçinin bildirib ki, hazırda Avrasiya İqtisadi İttifaqının genişləndirilməsi ilə bağlı danışıqlar aparılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR