"Aqrolizinq" ötən ili zərərlə başa vurub

"Aqrolizinq" ötən ili zərərlə başa vurub
# 18 may 2016 08:55 (UTC +04:00)

Bakı - APA-Economics. "Aqrolizinq" ASC-nin aktivləri 2015-ci ildə 615 mln. 213,236 min manat təşkil edib. "APA-Economics" xəbər verir ki, bu, 2014-cü illə müqayisədə 16,87% azdır.

Aktivlərin 388,310 mln. manatı uzunmüddətli, 226,903 mln. manatı isə qısamüddətlidir.

Hesabat dövründə şirkətin öhdəlikləri 15,31% artaraq 372 mln. 99,654 min manata çatıb. Öhdəliklərin 367,102 mln. manatı uzunmüddətli, 4,998 mln. manatı qısamüddətlidir.

Dövlət şirkətinin məcmu kapitalı 19,3% artaraq 243 mln. 113,582 min manatdır.

ASC-nin nizamnamə kapitalı 25,19% artaraq 243 mln. 519,545 min manat təşkil edib.

"Aqrolizinq" ötən ili 639,694 min manat məbləğində zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR