Sənaye parklarında işləyəcək əcnəbilər məcburi dövlət sosial sığortasından azad edilir

Sənaye parklarında işləyəcək əcnəbilər məcburi dövlət sosial sığortasından azad edilir
# 06 may 2016 10:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin plenar iclasında "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, dəyişiklik müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilərin 2016-cı il mayın 1-dən 5 il müddətində məcburi dövlət sosial sığortasına cəlb edilməməsini nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR