Azad Rəhimov: “Azərbaycan tolerantlıq dəyərlərini qoruyur və irəli aparır”

Azad Rəhimov: “Azərbaycan tolerantlıq dəyərlərini qoruyur və irəli aparır”
# 25 aprel 2016 09:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycanda gənclər siyasəti sahəsində ciddi addımlar atılır”.

APA-nın məlumatına görə, bunu gənclər və idman nazirini Azad Rəhimov BMT-nin Sivilizasiyalararası Alyansın Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində təşkil olunan gənclər tədbirində deyib. Nazir bildirib ki, bu sahədə Azərbaycanda bir sıra layihələr həyata keçirilib, Gənclər Fondu yaradılıb. O, müasir dövrdə gənclərin üzləşdiyi problemlərdən danışıb: "Gənclərin üzləşdiyi problemlər, ekstremizm, terrorizm sülh çağırışlarına ziddir. Gənc insanların ölüm xəbərlərini eşidirik. Bu, çox ağrılıdır. Bütün dünyada qadınlara qarşı zorakılıqla mübarizə aparılmalıdır. Azərbaycan da ərazi baxımdan zorakılığa məruz qalıb. Tarixi torpaqları işğal altındadır. Lakin biz tolerantlıq dəyərlərini qoruyuruq və irəli aparırıq. Qapımızı dünyaya açarıq. Dünyanın daha yaxşı olmasını istəyirik. Ümid edirik ki, bizim üzləşdiyimiz çətinliklərlə gələcək dünya üzləşməyəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR