VII Qlobal Forum iştirakçıları üçün qala-konsert təşkil olunub

VII Qlobal Forum iştirakçıları üçün qala-konsert təşkil olunub
# 28 aprel 2016 07:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Heydər Əliyev Sarayında “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları üçün qala-konsert təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Sivilizasiyaların musiqili alyansı” adlı qala-konsertdə Azərbaycan və xarici incəsənət ustaları çıxış ediblər.

Konserti Azərbaycan Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri Cüzeppe Verdinin “Nabukko” operasından xorun ifası ilə açıb. İrakli Kaxidzenin ifasında Qaetano Donitsettinin “Məhəbbət içkisi” operasından romans səslənib. Rumın vokalçısı İrina İonesku Motsartın “Sehrli fleyta” operasından ariya ifa edib. Konsertdə Üzeyir Hacıbəylinin, Soltan Hacıbəylinin, Niyazinin, Qara Qarayevin, A.Borodinin, J.Bizenin və L.Bethovenin əsərləri ifa olunub.

Qala-konsertdə Türkiyənin “Mehtər” orkestri, ukraynalı vokalçı Vyaçeslav Bazir, aşıqlar qrupu da çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR