Araz Əzimov Rumıniyanın qlobal məsələlərlə bağlı dövlət katibi ilə görüşüb

Araz Əzimov Rumıniyanın qlobal məsələlərlə bağlı dövlət katibi ilə görüşüb
# 29 aprel 2016 09:05 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rumıniyanın qlobal məsələlər üzrə dövlət katibi Daniela Gitman aprelin 26-27 tarixlərində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirakı çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb.

Rumıniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli və çoxtərəfli münasibətlər barədə fikir mübadiləsi aparıb. Strateji tərəfdaşlıq çərçivəsində inkişaf edən Rumıniya- Azərbaycan siyasi münasibətlərinin səviyyəsindən razılıq ifadə edilib.

Görüşdə beynəlxalq gündəlikdə duran aktual məsələlərlə bağlı Rumıniya və Azərbaycanın BMT çərçivəsində əməkdaşlığının fəallaşdırılmasına toxunulub. Tərəflər Dağlıq Qarabağ münaqişəSİ, Yaxın Şərq və Şimali Afrikadadakı vəziyyət, habelə, regional enerji və nəqliyyat layihələri barədə müzakirə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR