Türkiyəli general Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib

Türkiyəli general Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib
# 04 may 2016 08:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanda səfərdə olan Türkiyə Jandarma Qüvvələri komandanı ordu generalı Qalib Mendi Fəxri Xiyabanda Heydər Əliyevin və oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət edib.

APA-nın xəbərinə görə, o, daha sonra Şəhidlər Xiyabanına gedərək Əbədi Məşəl önünə əklil qoyub, Türk Şəhidliyində xatirə kitabına ürək sözlərini yazıb.


Qeyd edək ki, ordu generalı Bakıya mayın 3-də gəlib. Onun daxili işlər naziri Ramil Usubov və Daxili Qoşunların komandanı Şahin Məmmədovla görüş gözlənilir. Mayın 5-də isə komandanın müdafiə naziri Zakir Həsənovla görüşü planlaşdırılır.


Səfər mayın 6-da başa çatacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR