Bankların Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə 2 min manat məbləğində gömrük yığımı alınacaq

Bankların Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə 2 min manat məbləğində gömrük yığımı alınacaq
# 29 aprel 2016 01:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə 2 min manat məbləğində gömrük yığımı alınacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Gömrük yığımlarının məbləğləri”ndə əksini tapıb.

Bankların və bank olmayan kredit təşkilatlarının Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının hesablanması Dövlət Gömrük Komitəsi tərəfindən bankların və bank olmayan kredit təşkilatlarının reyestrə daxil edilməsi haqqında qərar qəbul edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir. Bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımları Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nda müəyyən edilmiş müddətdə ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR