Balakən Polis Şöbəsinin yeni binası istifadəyə verilib

Balakən Polis Şöbəsinin yeni binası istifadəyə verilib
# 10 may 2016 14:22 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən Rayon Polis Şöbəsinin (RPŞ) yeni inzibati binası istifadəyə verilib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu münasibətlə təşkil edilmiş açılış mərasimində daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, DİN-nin Balakən RPŞ-nin şəxsi heyəti və müvafiq qurumların nümayəndələri iştirak edib. Tədbir iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirdə bildirilib ki, binanın tikintisinə 2014-cü ilin aprelində başlanıb. Üç mərtəbəli binanın hər mərtəbəsi 987 kvadratmetrdir. Mərasim iştirakçıları RPŞ-nin yeni binasının növbətçi hissəsinə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, müvəqqəti saxlama yerinə baxış keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR