Şimali Koreya Əmək Partiyası son 36 ildə ilk qurultayını keçirəcək

Şimali Koreya Əmək Partiyası son 36 ildə ilk qurultayını keçirəcək
# 27 aprel 2016 01:56 (UTC +04:00)

Bakı-APA. Şimali Koreyada son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayını keçirəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hakim Əmək Partiyasının sayca VII qurultayı mayın 6-a planlaşdırılıb.

Qeyd edək ki, sonuncu dəfə partiyanın qurultayı 1980-ci ildə keçirilib. Qurultayda 1978-1984-cü illəri əhatə etmiş 7 illik dövlət planı qəbul olunub.

Şimali Koreyada Əmək Partiyasından başqa Sosial-Demokratik Partiya və “Çxondoqe-Çxonudan Yolunun Gənc Dostları” partiyası fəaliyyət göstərir. Hər iki partiya Əmək Partiyasının nəzarəti altında fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR