Türkiyə Suriyadan endirilən raket zərbələrinin qarşısını almaq üçün əlavə tədbirlər görəcək

Türkiyə Suriyadan endirilən raket zərbələrinin qarşısını almaq üçün əlavə tədbirlər görəcək
# 24 aprel 2016 04:28 (UTC +04:00)

Bakı-APA. Türkiyə Suriya ərazisindən sərhədyanı Kilis şəhərinin atəşə tutulmasının qarşısını almaq üçün əlavə tədbirlər görəcək. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Qeyd edək ki, Kilis şəhəri son bir neçə həftə ərzində Suriya ərazisindən dəfələrlə raket zərbələrinə məruz qalıb.

İŞİD silahlıları bundan əvvəl Almaniya kansleri Angela Merkel və Aİ Şurasının sədri Donald Tuskun Türkiyəyə səfəri ərəfəsində də Kilis şəhərinə raket zərbələri endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR