Sabiq nazir: “Ermənistan Azərbaycanla danışıqlara getməli və münaqişənin ədalətli həllini tapmalıdır”

Sabiq nazir: “Ermənistan Azərbaycanla danışıqlara getməli və münaqişənin ədalətli həllini tapmalıdır”
# 27 aprel 2016 14:28 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci Plenar iclas keçirilib.

APA-nın xəbərinə görə, BMT Müxbir Assosiasiyasının prezidenti Giampaolo Piolinin moderatorluğu ilə keçən iclasda Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev, San Patrignano Cəmiyyətinin qurucusu Letisiya Moratti və İspaniyanın keçmiş xarici işlər naziri Miguel Angel Moratinos çıxış ediblər.

G. Pioli bildirib ki, Sivilizasiyalar Alyansı mədəniyyətlərarası dialoq sahəsində təcrübə mübadiləsi aparmaq üçün mühüm platformadır.

L. Moratti isə deyib ki, istər inkişaf etmiş, istərsə də inkişafda olan ölkələrdə inklüziv cəmiyyətlərin formalaşdırılmasında bir sıra problemlərlə üzləşir: “Bu sahədə ən çox üzləşdiyimiz problem gənclər arasında məşğulluğun aşağı səviyyədə olmasıdır. Bu faktor gənc insanların təcrid riski ilə üzləşməsinə, sosial narahatlığa yol açır və gənclərin imtiyazlarını itirməsinə səbəb olur. Nəticə etibarilə bu, gənclərin terror qruplaşmalarına, hansısa cinayət qruplarına qoşulmasına gətirib çıxarır. Digər faktorlar isə nəsillər arasında uçurumun olması və son dövrlərdə bir çox ölkələrin üzləşdiyi miqrant böhranıdır”.

M. Moratinos isə bildirib ki, ən vacib məqam qarşıya qoyulan hədəflərin yubanmadan yerinə yetirilməsidir. “Hər bir ölkənin milli proqramı hazırlanmalıdır”, - deyə keçmiş nazir qeyd edib.

Türkiyənin Avropa İttifaqı üzrə sabiq naziri Egemen Bağış isə forumun sülh və dialoqun gerçəkdən mümkün olduğunu sübut etdiyini deyib: “Düşünürəm ki, sosial inklüzivliyin qlobal nümunəsi olaraq bu alyans əla nümunədir”. Sabiq nazir mövzuya regional kontekstdə də yanaşıb: “Yeni münaqişələr yaratmaq əvəzinə Ermənistan Azərbaycanla danışıqlara getməli və münaqişənin ədalətli həllini tapmalıdır. Belə halda Ermənistanın vəziyyəti daha yaxşı olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR