Tural Abbaslı Müsavatdan istefa verəcəkləri tarixi açıqlayıb

Tural Abbaslı Müsavatdan istefa verəcəkləri tarixi açıqlayıb
# 25 aprel 2016 11:23 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Mayın əvvəlində Müsavat Partiyasından istefa verəcəyik”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, “Ağ blok”un həmtəsisçisi Tural Abbaslı deyib.

O bildirib ki, hazırda blokun partiyaya çevrilməsi istiqamətində işlər davam edir, qurultaya hazırlıq aparılır: “İlkin fikrimiz budur ki, qurultayı mayın 29-da keçirək. Hazırda texniki-təşkilati, qurultay nümayəndələrinin müəyyənləşməsi və digər məsələlər həll olunur. Qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət etməyi qərara almışıq. Qurultay üçün müraciətdə Səttar Bəhlulzadə adına Mədəniyyət Evi də daxil olmaqla, 4 yer istəniləcək”.

T. Abbaslı “Ağ blok”un partiyaya çevrilməsi ilə əlaqədar Müsavat Partiyasından istefa verəcəklərini qeyd edib: “Bizim siyasi görüşlərimiz üst-üstə düşmədiyi üçün Müsavat Partiyasından yollarımızı ayırırıq. Bu, Müsavat daxilində partiya yaratmaq, Müsavatın elektoratını parçalamaq kimi dəyərləndirilməməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR