Lavrov və Kerri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər

Lavrov və Kerri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər
# 10 may 2016 20:48 (UTC +04:00)

Bakı-APA. Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri aralarında aparılmış telefon danışığı zamanı digər məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Lavrov və Kerri telefon danışığı zamanı Suriyadakı vəziyyətin nizamlanmasına dair məsələləri müzakirə ediblər.

Tərəflər həmçinin Fələstin-İsrail nizamlanmasını müzakirə ediblər.

Rusiya XİN-in məlumatına görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR