Bakıda yaşayış evinə basqın edən şəxslər tutulub

Bakıda yaşayış evinə basqın edən şəxslər tutulub
# 26 aprel 2016 09:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evinə basqın edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 24-də Nəsimi rayonunun D.Əliyeva küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Arzu Qafarovanı bıçaqla hədələyib pul verməsini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Saatlı rayon sakini Asim Əliyev və Ağsu rayon sakini Amal Allahverdiyev tutulublar.

Onlardan 1 ədəd bıçaq, 1 ədəd alışqan tapança, 2 cüt əlcək, 4 ədəd plastik xamut və 2 ədəd tibbi maska götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR