Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitalında olub

Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitalında olub
# 27 aprel 2016 10:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitallardan birində olub və həkimlərlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev müdafiə nazirinə görülən işlər haqqında məlumat verib.

Bildirilib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub.

Sonda mobil səhra hospitalında yaradılan tibbi şəraitlə tanış olan general-polkovnik Z. Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR