Türkiyədə terrorçularla atışmada 1 hərbçi ölüb, 6-sı yaralanıb

Türkiyədə terrorçularla atışmada 1 hərbçi ölüb, 6-sı yaralanıb
# 15 may 2016 18:08 (UTC +04:00)

Bakı-APA. Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində hərbiçilərlə PKK terrorçuları arasında atışma olub.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, əməliyyat həyata keçirən təhlükəsizlik qüvvələri bir qrup PKK terrorçusu ilə üz-üzə gəlib.

Atışma nəticəsində 1 əsgər həlak olub, 6-sı yaralanıb. Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR