Gəlini ilə birlikdə oğlunu öldürən 85 yaşlı kişi barəsində olan hökmdən şikayət edib

Gəlini ilə birlikdə oğlunu öldürən 85 yaşlı kişi barəsində olan hökmdən şikayət edib
# 23 may 2016 11:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 15 il əvvəl qətl törətməkdə təqsirləndirilən Həsrət Əliyev və onun gəlini Yeganə Ərəbova barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

APA-nın məlumatına görə, onların barələrində bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət ediblər. Yaxın günlərdə şikayətə baxılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Əliyev 14 il, Y. Ərəbova 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyev ötən il tutulublar. İttihama görə, Həsrət Əliyev gəlini ilə birgə 2001-ci ildə oğlu Elman Əliyevi qətlə yetirərək, doğrayıblar və yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.

H. Əliyevin 85 yaşı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR