Günün manşetləri – 4 May

Günün manşetləri – 4 May
# 04 may 2016 17:45 (UTC +04:00)


APA TV-nin “Manşet” proqramında gündəmin önə çıxan mövzuları müzakirə olunur. İlham Tumasın aparıcısı olduğu proqramın qonaqları APA TV-nin baş direktoru Vüqar Hüseynov, "APA Holding"in I vitse-prezidenti Şahin Cəfərli və “APA-Economics”in redaktoru Musa Əhmədovdur.

Qonaqlar Azərbaycanda çoxmənzilli binaların idarə edilməsinin optimallaşdırılması, mənzil-istismar idarələri və bələdiyyələr arasında səlahiyyət bölgüsü, erməni siyasətçilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanınmasının zəruriliyi barədə fikirləri, Avropa Komissiyasının Türkiyə vətəndaşlarına viza tətbiqinin qaldırmasına dair tövsiyə xarakterli qərarı, Türkiyənin Suriya ərazisinə hərbi kontingent yeritmə ehtimalı, Ankara-Moskva münasibətlərinin gərginləşməsi, Donald Trampın İndiana ştatında ilkin seçkilərdə qalib gəlməsinin prezidentlik uğrunda mübarizənin həlledici məqamına çevrilməsi haqqında müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR