Qaxda narkotik tərkibli bitki becərən 2 nəfər saxlanılıb

Qaxda narkotik tərkibli bitki becərən 2 nəfər saxlanılıb
# 10 iyul 2016 23:04 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda narkotik tərkibli bitkilər əkib-beсərən Şəki və Zaqatala rayon sakinləri saxlanılıb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.


Aparılmış əməliyyat tədbirləri zamanı məlum olub ki, Zaqatala rayon sakini 38 yaşlı Etibar Əhmədov və Şəki şəhər sakini 31 yaşlı Səbuhi Yusifov qabaqcadan əlbir olaraq rayonunun Cəlayir kəndi yaxınlığındakı meşə sahəsində narkotik tərkibli bitki hesab olunan çətənə bitkisi əkiblər. Onlar bundan sonra aqrotexniki qaydada kultivasiya etməklə narkotik bitkini yetişdiriblər. Qax RPŞ-nin əməkdaşları hər iki şəxsi elə həmin ərazidə saxlayıblar.


İlkin istintaq zamanı saxlanılan şəxslər əməllərini etiraf edib və yaşadıqları rayondan gələrək ay ərzində 2-3 dəfə çətənə kollarına qulluq etdiklərini bildiriblər. Hal şahidlərinin iştirakı ilə ərazidən 215 ədəd narkotik tərkibli bitki olan çətənə kolları yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib.


Faktla bağlı Qax RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR