Tərtərdə top mərmisi aşkarlanıb

Tərtərdə top mərmisi aşkarlanıb
# 17 may 2016 16:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün Tərtər Adam və Füzuli rayonlarında 3 ev və həyətyanı sahədə, 8 əkin sahəsi, 35 partlayış yerinə baxış keçirilib.

Bu barədə APA-ya ANAMA-nın mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Tərtər rayonu Əskipara kəndində 1 ədəd 100 mm-lik OF 412 top mərmisi aşkar edilərək götürülüb. Gün ərzində 40 320 kv/m ərazi təmizlənib.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel - 17 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 489 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 422 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR